- Rusiya və İran
- 9 May 22:39
- 2 210
Putin: Ermənistan Avropaya daxil olmaq üçün referendum keçirə bilər
“Ermənistan hakimiyyəti Avropa İttifaqına daxil olmaq üçün referendum keçirə bilər və əgər xalq bunu dəstəkləsə, Rusiya "sivil boşanma" prosesinə başlaya bilər”.
Aznews.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
O, Rusiyanın Ermənistan xalqına fayda verən hər şeyi dəstəkləyəcəyini vurğulayıb.
Rusiya prezidenti xatırladıb ki, Ukrayna məsələsində də hər şey Avropaya inteqrasiya məsələsindən başlayıb.
Putin bildirib ki, Ermənistanın Avropaya inteqrasiyası məsələsi növbəti Avrasiya İqtisadi İttifaqının sammitində qaldırıla bilər.
Qeyd edək ki, növbəti Avrasiya İqtisadi İttifaqı sammiti 28-29 may tarixlərində Astanada keçiriləcək.