Ceyhun Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qdansk şəhərində Ukrayna Bərpa Konfransı çərçivəsində polşalı həmkarı Radoslav Sikorski ilə görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında məlumat yayıb.

Danışıqlar zamanı tərəflər praqmatik münasibətlərinin qurulması, eləcə də iki ölkə arasında saziş layihələri üzərində işi müzakirə ediblər.

Görüş zamanı nazirlər Ukraynaya dəstək məsələləri ətrafında müzakirələr aparıblar. Eləcə də Cənubi Qafqazdakı vəziyyət və baş verənlərin Azərbaycan tərəfindən qiymətləndirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

image description