Peskov: Rusiya ABŞ ilə birgə layihələrin yolunu açmağa ümid edir

Moskva ümid edir ki, Ukraynadakı münaqişənin həlli Rusiya və ABŞ arasında birgə iqtisadi layihələrin həyata keçirilməsinə yol açacaq.

Kremlin sözçüsü Dmitri Peskov bu barədə bildirib.

O əlavə edib ki, Rusiya-Amerika münasibətlərinin gündəliyinə həm Rusiya, həm də Amerika şirkətləri üçün faydalı olacaq "bir çox layihə daxil ola bilər".

Mövsüm,

AzNews.az