- Dünyanın halı
- 15:29
- 2 026
Avstraliya İrana qarşı yeni sanksiyalar elan etdi
Avstraliya hökuməti İranın etirazçılara və qadınlara qarşı repressiyaları, eləcə də raket proqramı və “kölgə bankçılığı” fəaliyyəti ilə bağlı yeddi iranlı şəxsə və dörd quruma sanksiya tətbiq edib.
Avstraliyanın Xarici İşlər Nazirliyi bildirib ki, sanksiyalar qadın və uşaqlara qarşı zorakılıq, kütləvi həbslər, işgəncələr, məcburi etiraflar, internet məhdudiyyətləri və xarici vətəndaşların qanunsuz saxlanılmasında iştirak edən yüksəkvəzifəli şəxsləri hədəf alır.
Sanksiya siyahısına İranın daxili işlər naziri Eskəndər Mömeni Kələgəri də daxil edilib. Avstraliya onu hüquq-mühafizə qüvvələrinin rəhbərliyində təmsil olunan və repressiyalarda iştirak edən əsas fiqurlardan biri kimi təqdim edib.
Həmçinin Ruhullah Mömin Nəsəb də sanksiyaya məruz qalıb. Rəsmi açıqlamada onun məktəblərdə, universitetlərdə, ictimai məkanlarda və internetdə qadın və qızlara nəzarət etmək, məcburi hicab qaydalarını tətbiq etmək üçün 80 min nəfərlik qüvvənin yerləşdirilməsinə cavabdeh olduğu bildirilib.
Canberra əlavə edib ki, sanksiyalar İranın “kölgə bankçılığı” sisteminin bəzi hissələrini də hədəf alır. Rəsmi mövqeyə görə, bu şəbəkə HƏMAS kimi qrupların maliyyələşdirilməsinə və İranın ballistik raket proqramının dəstəklənməsinə xidmət edir.
Mövsüm,
AzNews.az