- Fanat
- 16:48
- 2 074
AFFA Region Liqasında final və üçüncü yer uğrunda oyunun yeri müəyyənləşib
AFFA Region Liqasında 2025/2026 mövsümünün final və üçüncü yer uğrunda oyunun yeri və başlama saatı müəyyənləşib.
Aznews.az xəbər verir ki, yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.
İlk olaraq saat 11:00-da "Biləsuvar" və "Şəfəq" komandaları arasında III yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16:00-da "Zəngəzur"la "Marafon" kollektivləri arasında baş tutacaq.
Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.