- İşin içi
- 16:54
- 2 137
OPEC: Martda BTC ilə neft ixracı 13 % artıb
Bu ilin mart ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı 588 min barel təşkil edib.
Aznews.az xəbər verir ki, Məlumata görə, bu, fevral ayı ilə müqayisədə 13 % və yaxud 70 min barel çoxdur.
Ümumilikdə, bu ilin martında BTC ilə neftin nəqli ötən ilin martının göstəricisinə uyğun olub.