- Mahal
- 13:16
- 2 434
Şuşadakı tarixi abidələrin bərpasına iki milyon manatdan çox vəsait ayrılacaq
Şuşa şəhərində yerləşən tarixi abidələrin bərpa-konservasiyası işlərinin satın alınması ilə bağlı açıq tender elan edilib.
Aznews.az Oxu.Az-a istinadən xəbər verir ki, tender Şuşada yerləşən abidələrin bərpa-konservasiyasının birinci mərhələsini əhatə edir.
Layihə çərçivəsində altı memarlıq abidəsində bərpa işlərinin aparılması nəzərdə tutulur.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi tenderin ehtimal olunan qiyməti 2 milyon 461 min 587 manat 40 qəpikdir.
Satınalma sənədlərinə əsasən, bərpa işləri çərçivəsində Cahangir bəyin yaşayış evində qruntun əllə qazılması, divarların möhkəmləndirilməsi, çatların inyeksiya üsulu ilə bərpası, kommunikasiya girişlərinin izolyasiyası, polad boruların quraşdırılması və zondaj işləri həyata keçiriləcək.
Ümumilikdə satınalma çərçivəsində 283 adda iş və material nəzərdə tutulub.