İran XİN: Hörmüz İranla əməkdaşlıq edən gəmilər üçün açıqdır

Abbas Əraqçi bildirib ki, Hörmüz boğazı İranla əməkdaşlıq edən kommersiya gəmiləri üçün açıq olaraq qalır.

Əraqçi BRICS ölkələrinin xarici işlər nazirlərinin Yeni Dehlidə keçirilən toplantısı çərçivəsində dövlət mediasına açıqlamasında deyib ki, Tehran gəmiçiliyə maneələr yaratmayıb və ABŞ-nin İrana qarşı tətbiq etdiyi blokadanı qanunsuz adlandırıb.

Nazir vurğulayıb: “Bizim tərəfdən Hörmüz boğazı bütün kommersiya gəmiləri üçün açıqdır, lakin onlar dəniz qüvvələrimizlə əməkdaşlıq etməlidirlər”.

Mövsüm,

AzNews.az