- Dünyanın halı
- 14:21
- 1 237
Latviyanın baş naziri istefa verdi
Latviyanın baş naziri Evika Silinya və rəhbərlik etdiyi hökumət istefa verib.
AzNews.az Qaynarinfo-ya istinadən xəbər verir.
Eviqa Silinya və rəhbərlik etdiyi hökumətin istefa verməsindən sonra kabinet yeni hökumət formalaşana qədər səlahiyyətlərini icra edən statusda fəaliyyətini davam etdirəcək. Lakin yeni koalisiyanı qurmaq istəyən üç partiyanın - Yaşıllar və Kəndlilər İttifaqı, Milli blok və Birləşmiş Siyahının parlament çoxluğu üçün yetərli səs toplamadığı bildirilir.
Məlumata görə, bu partiyaların Proqressivlər-lə siyasi mövqeləri ciddi şəkildə fərqlənir, həmçinin Yaşıllar və Kəndlilər İttifaqı ilə son aylarda açıq münaqişə mövcuddur. Bu səbəbdən onların yeni koalisiyaya dəvət edilməsi ehtimalı zəif qiymətləndirilir.
Əvvəllər Sabitlik Partiyasını təmsil etmiş Aleksey Roslikovun rəhbərlik etdiyi fraksiya və Ainars Şlesersin Latviya Birinci Yerdə partiyası digər siyasi qüvvələr tərəfindən "qırmızı xətt” kimi qiymətləndirilir və onlarla əməkdaşlıq mümkün sayılmır.
Hazırkı vəziyyətdə Yeni Birlik Partiyasının iştirakı olmadan hökumət qurmaq faktiki olaraq mümkün görünmür. Lakin Yeni Birlik də Silinyanın istefasını tələb edən və onu yeni kabinetdə "kiçik tərəfdaş” kimi görmək istədiyini bildirən partiyalarla koalisiya qurmağa razı olmaya bilər.
Beləliklə, ölkədə siyasi dalan yaranıb. Birləşmiş Siyahı-nın nümayəndəsi Edvards Smiltens də hesab edir ki, yeni hökumətin formalaşdırılması cəhdləri oktyabrda keçiriləcək Seym seçkilərinədək bloklana bilər.