İcra başçısı vəzifəsindən azad edildi

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi Rayon İcra Hakimiyyətinin başçısı Levan Palavandişvili vəzifəsindən kənarlaşdırılıb.

Modern.az xəbər verir ki, rayon Məclisinin (Sakrebulo) sədri Zurab Eradze bildirib ki, Levan Palavandişvili üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmədiyinə görə belə bir qərar qəbul edilib.

Məclisin büro iclasında iştirak edən 11 deputatdan 7-si ona etimadsızlıq göstərərək vəzifəsindən kənarlaşdırılmasının lehinə səs verib.

Qeyd edək ki, L.Palavandişvili bu vəzifəyə bir neçə ay əvvəl təyin olunmuşdu.

AzNews.az