- Köhnə - Region
- 3 Fevral 2014 18:18
- 2 734
Ermənistan Almaniyadan optik nişangahlar alıb - FOTO
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan son iki ildə adı çəkilən şirkətdən bir neçə yüz min dollar dəyərində optik nişangahlar satın alıb.
Optik nişangahlar Ermənistana Rusiyadakı diler şirkət üzərindən bir yerli şirkətin iştirakı ilə çatdırılıb.
Ermənistana satılan məhsullar arasında əsas yeri snayper tüfəngləri üçün optik nişangahlar tutub.
Qeyd edək ki, hazırda Qərbi Avropa ölkələrindən Norveç, Almaniya, Fransa və Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycana və Ermənistana müdafiə təyinatlı məmulatların satışına embarqo tətbiq edir.
AzNews.az