Yanukoviç iki oğlu ilə birgə Rusiyadadır

Yanukoviç iki oğluyla bərabər Rusiyadadır.

Ukrayna mətbuatı xəbər verir ki, o, kiçik oğlu ilə birlikdə dəniz vasitəsilə Rusiyaya gəlib. Böyük oğlu isə sərhədi maşınla keçib.

Qeyd edək ki, Ukrayna iqtisadiyyatının stabiləşməsi üçün ilk addım olaraq Yanukoviç ailəsinə və onun yaxınlarına məxsus aktivlərin müsadirəsi nəzərdə tutulub. Belə bir təkliflə tanınmış iqtisadiyyatçı və Ukrayna hökumətinin keçmiş məsləhətçisi Anders Aslund çıxış edib. Onun əldə etdiyi faktlara görə Yanukoviç ailəsinin sərvəti 12 milyard dollardır.

Xatırladaq ki, Ukraynanın eks-prezidenti ölkəsində axtarışa verilib.

AzNews.az