Baqdasarovun “Armavia” şirkətini Sarkisyana yaxınlığı ilə tanınan Mikael Minasyan almaq istəyir Baqdasarovun “Armavia” şirkətini Sarkisyana yaxınlığı ilə tanınan Mikael Minasyan almaq istəyir

Daha bir erməni milyarder ölkəni tərk edir

Baqdasarovun “Armavia” şirkətini Sarkisyana yaxınlığı ilə tanınan Mikael Minasyan almaq istəyir



"Mika" və "Armavia" şirkətlərinin sahibi, erməni milyarder Mixail Baqdasarov Ermənistanı tərk etmək qərarına gəlib. AzNews.az-ın Slaq.am saytına istinadən verdiyi xəbərə görə, erməni milyarder bütün mülklərini satmaq və İngiltərəyə yerləşmək fikrindədir.

Verilən məlumata görə, o, öz mülklərini və şirkətlərini satmasını rəqabətə tab gətirə bilməməsi ilə əlaqələndirir. Digər şirkətlərinə müştəri tapmaqda çətinlik çəkən Baqdasarov "Armavia" ilə bağlı əksinə müştəri bolluğu yaşayır. Erməni KİV-lərinin verdiyi məlumata görə, şirkəti Serj Sarkisyana yaxınlığı ilə seçilən Mikael Minasyan almaq istəyir.

Sadiq Musa
AzNews.az