Sarkisyanın da vaxtına az qaldı

Sorğuda onu respondentlərin cəmi 35 faiz dəstəkləyib



Ermənistanda gələn il keçiriləcək prezident seçkiləri indidən gündəmi işğal edib. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, sorğularda indiki prezident Serj Sarkisyanı cəmiyyətin cəmi 35.6 faizi dəstəkləyib.

"Soçimetr" sosioloji araşdırmalar mərkəzinin apardığı sorğuda 3250 respondent iştirak edib. Sorğuda ikinci pilləni 31.8 faiz səslə "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Çarukyanı tutub.

Ermənistanın ikinci prezidenti Robert Koçaryanı isə respondentlərin 20.2 faizi prezident görmək istəyib.

Bundan əlavə "Soçimetr" insanların namizədlərə baxışını da öyrənməyə çalışıb. Məlum olub ki, respondentlərin əksəriyyəti Çarukyanı xeyirxah, Koçaryanı ciddi siyasətçi kimi görürlər. Ermənilər özləri də Sarkisyanın obrazını müəyyənləşdirməkdə çətinlik çəkiblər.

Sadiq Musa
AzNews.az