Irəvanda elektrik enerjisi tariflərinin artmasına etiraz edərək ağzını tikən şəxs xəstəxanaya aparılıb. Irəvanda elektrik enerjisi tariflərinin artmasına etiraz edərək ağzını tikən şəxs xəstəxanaya aparılıb.

İrəvanda gərginlik davam edir - Etirazçı ağzını tikdi (Yenilənib)

Irəvanda elektrik enerjisi tariflərinin artmasına etiraz edərək ağzını tikən şəxs xəstəxanaya aparılıb.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 28 yaşlı Ovanes Karapetyan Azadlıq meydanından xəstəxanaya aparılıb.

Qeyd edək ki, Baqramyan küçəsindən polis gücü ilə çıxarılan etirazçılar Azadlıq meydanında aksiyanı davam etdirirlər.



***
09:41

İrəvanda elektrik enerjisi tariflərinin artmasına etiraz aksiyası davam edir. Bu gecə aksiya iştirakçılarından biri etiraz əlaməti kimi ağzını tikib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə etirazçıların nümayəndəsi David Sanasaryan məlumat verib.

Qeyd ki, dünən polis etirazçıları Baqramyan küçəsindən çıxarıb. Bundan sonra etirazçıların bir qismi aksiyanı Azadlıq meydanında davam etdirib.

Xatırladaq ki, İrəvanda etirazlar elektrik enerjisi tariflərinin artması barədə qərar qəbul olunduqdan sonra başlayıb. İyunun 19-dan aksiya iştirakçıları İrəvanın mərkəzi prospekti Baqramyanı bağlayıblar.

Aydan Axundova