“İkitərəfli əməkdaşlıqla bağlı aktual məsələlər müzakirə olunub". “İkitərəfli əməkdaşlıqla bağlı aktual məsələlər müzakirə olunub".

Putinin Səudiyyə kralı ilə telefon danışığı oldu

“İkitərəfli əməkdaşlıqla bağlı aktual məsələlər müzakirə olunub".

Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanının kralı Salman Ben Abdel Əziz Əl Saudla telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər çoxşaxəli Rusiya-Səudiyyə Ərəbistanı əlaqələrinin gələcəkdə daha da möhkəmləndirilməsinə ümidlərini ifadə ediblər.

“İkitərəfli əməkdaşlıqla bağlı aktual məsələlər müzakirə olunub. Hər iki tərəf ticari-iqtisadi və investisiya sahələri daxil olmaqla ali səviyyədə işbirliyini yüksək qiymətləndiriblər. Çoxşaxəli Rusiya-Səudiyyə Ərəbistanı əlaqələrinin gələcəkdə möhkəmləndirilməsi ilə bağlı birgə ümidlərini ifadə ediblər”, - deyə məlumatda bildirilir. (qafqazinfo)

AzNews.az