- Rusiya və İran
- 21 May 2020 20:05
- 6 831
Kadırov koronavirus şübhəsi ilə nəzarətə götürüldü
Bu barədə Moskvanın tibb dairələrindəki mənbə bildirib
Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov koronavirus şübhəsi ilə tibbi nəzarət altındadır.
AzNews.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Moskvanın tibb dairələrindəki mənbə bildirib.
“Kadırovda koronavirus şübhəsi yaranıb. O, həkimlərin nəzarətindədir”, - deyə mənbə qeyd edib.
Başqa bir mənbənin məlumatına görə, bu gün Qroznıdan Moskvaya çarter reysi ilə A-319 təyyarəsi uçub. Göyərtədə kimin olması barədə isə məlumat verilmir.