Azərbaycanlı aktrisa: “Ona görə aktyorla ailə qurmaram ki...” – FOTOSESSİYA

"Xəzər" televiziyasında yayımlanan "Aramızda qalsın" serialında katibə rolunu oynayan, tamaşaçıların Ceyla obrazı kimi tanıdığı Şəhanə Yusifova şəxsi həyatı haqqında danışıb.

Aktrisa AzNews.az-a açıqlamasında bildirib ki, sevgilisi olsa da, amma hazırda ailə qurmaq fikrində deyil. O, ailə qurmasıyla bağlı maraqlı məqama da toxunub: "Ailə qurmaq mənim üçün çox tezdir. Bunu 4, yaxud 5 ilə planlaşdırıram. Aktyorlardan bəyənən, sevgi etiraf edən olub, amma mən aktyorla ailə qurmaram. Ona görə aktyorla ailə qurmaram ki, sevdiyim insan var. O, iş adamıdır".

Ş.Yusifova yaradıcılıq işlərindən də danışıb: "Hazırda bir filmə çəkildim. Əvvəl "Aramızda qalsın" serialında oynayırdım. İnşallah, bu ilin sonuna kimi yeni, möhtəşəm bir serialda rol alacağam. Bu serial haqqında ilk dəfə sizə açıqlama verdiyim üçün daha geniş danışmağa ixtiyarım yoxdur. Amma ətraflı məlumatı serial televiziyada yayımlanan zaman verəcəyəm. Hələlik, bu, sirr qalsın. Bir tək onu deyə bilərəm ki, baş rolun ifaçılarından biri özüməm".

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description