Əməkdar artist, muğam ifaçısı Elnarə Abdullayeva keçmiş həyatından danışıb. Əməkdar artist, muğam ifaçısı Elnarə Abdullayeva keçmiş həyatından danışıb.

Elnarə Abdullayeva: “Bostandan çıxıb toya gedirdim”

Əməkdar artist, muğam ifaçısı Elnarə Abdullayeva keçmiş həyatından danışıb.

AzNews.az xəbər verir ki, sənətçi kənddə mal-qaraya baxdığını etiraf edib:

“9-cu sinifdə oxuyanda artıq tədbirlərdə, musiqi dərsində oxuyurdum. Kənd qızı idim, bostana da gedirdim, mal-qaraya da. Bəzən elə olurdu ki, bostandan çıxıb toya gedirdim. Bəziləri bunu deməyə utanır, amma mən keçmişimə görə heç vaxt utanmamışam. O günlər üçün çox darıxıram”.

Qeyd edək ki, əməkdar artist bu etirafı “milli.az”a müsahibəsində deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az