- Dünyanın halı
- 11:31
- 2 022
Qazaxıstan XİN rəhbəri Ukraynanı Qara dənizdə ölkənin gəmilərinə hücumları dayandırmağa çağırıb
Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi BMT Baş Assambleyasının iclası çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşündə Ukraynanı Qara dənizdə Qazaxıstan gəmilərinə hücumları dayandırmağa çağırıb.
Bu barədə “Ulysmedia.kz” məlumat yayıb.
“İlk növbədə, Ukrayna tərəfi ilə gələcəkdə Qara dənizdə gəmilərimizə PUA hücumlarına yol verilməməsinin zəruriliyini müzakirə etdik”, - deyə Tleuberdi bildirib.
Bundan əlavə, Qazaxıstanın XİN rəhbəri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Danışıqlar zamanı Tleuberdi Rusiya tərəfini münaqişənin mümkün qədər tez başa çatdırılması üçün Ukrayna ilə dialoqu davam etdirməyə çağırıb.
Mövsüm,
AzNews.az