ABŞ mediası: İran Hörmüz boğazında ABŞ gəmisini raketlə vurub

İranla ABŞ arasında həllini gözləyən Hörmüz boğazı ilə bağlı gərginlik fonunda yeni iddia gündəmə gəlib.

ABŞ mediası İranın sentyabrın 14-də Hörmüz boğazında ABŞ-yə məxsus bir gəmini qanadlı raketlə vurduğunu iddia edib.

8 ABŞ hərbçisi yaralanıb

“NBC News”ə danışan adları açıqlanmayan 3 ABŞ rəsmisi hücuma məruz qalan gəmidəki 8 ABŞ dəniz piyadasının yaralandığını bildirib.

Məlumata görə, yüngül xəsarət alan və tüstüdən təsirlənən hərbçilərin travmatik beyin zədəsi almış ola biləcəyi ehtimal edilir.

Xəbərdə həmçinin hərbçilərin daha sonra xidmətlərinə qayıtdığı bildirilib.

Mövsüm,

AzNews.az