- Hadisə
- 10:40
- 1 478
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Ukraynadakı müharibə ilə əlaqədar zərər çəkən növbəti qrup ukraynalı uşaq sentyabrın 28-də Azərbaycana gətiriləcək.
Aznews.az xəbər verir ki, qarşılama saat 17:00-da olacaq.
Uşaqlar düşərgələrə yerləşdiriləcək.
Qeyd edək ki, ötən dövrdə Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.