Bərdədə avtomobil eşşək arabasına çırpıldı: ölən var

Bərdə rayonunda minik avtomobili eşşək arabasına çırpılıb, ölən var.

Aznews.az xəbər verir ki, hadisə Kələntərli kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini Mənsur Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən eşşək arabasını vurub. Hadisə nətisində arabada olan Kələntərli kənd sakini Arif Babaşov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.