DJ Kazımın ad günündə xoşagəlməz olay yaşanıb DJ Kazımın ad günündə xoşagəlməz olay yaşanıb

Müğənni ilə prodüser arasında əlbəyaxa dava-EKSKLÜZİV

DJ Kazımın ad günündə xoşagəlməz olay yaşanıb


Müğənni Ramal İsrafilov ilə prodüser Təranə Səmədova əməlli-başlı dalaşıblar. AzNews.az-a daxil olan məlumata görə, hadisə bu gün tanınmış radio aparıcısı Kazım Sübhan Bağırovun doğum günü qonaqlığında baş verib. Davaya səbəb kimi məclisdən çıxarkən aralarında yaranan xoşagəlməz münasibətlər göstərilir.

Məsələylə bağlı K.S.Bağırov ilə əlaqə saxladıq. O, hadisəni təsdiqləsə də, amma davanın hansı səbəbdən baş verdiyini bilmədiyini söylədi: "Onlar dalaşanda mən içəridə olmuşam. Ona görə də hadisədən xəbərsizəm".

Amma əldə etdiyimiz məlumata görə, dava məhz salonda olub. Deyilənə görə, Təranə Səmədova mikrofonla danışarkən əməkdar artist Abbas Bağırovun ünvanına təriflər yağdırıb ki, bu da Ramala xoş təsir etməyib. O, T.Səmədovanın bu addımını özünə qarşı təhqir kimi dəyərləndirib və tərəflər arasında dava da bundan sonra olub.

Qeyd edək ki, Ramal İsrafilov ilə Abbas Bağırov uzun müddətdir küsülüdürlər.

Fuad Mədətov
AzNews.az