- Köhnə - Şou-biznes
- 22 İyun 2018 20:52
- 11 641
Azərbaycanlı reper "Greencard" udaraq ABŞ-a köçdü - Fotolar
“Dəyirman” qrupunun üzvü, reper Elmir Məhərrəmov ailəsi ilə birlikdə iyunun 16-da ABŞ-a köçüb.
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, reper bundan sonra Nyu-York şəhərində yaşayacaq.
Qeyd edək ki, Elmir Məhərrəmovu Amerikaya yola salanlar arasında sənət dostları da olub.
Xatırladaq ki, E. Məhərrəmov 2016-cı ildə “Greencard” proqramına müraciət edib, 2017-ci ilin may ayında “Greencard” qalibi olub. O, 1 ilədək davam edən sənədləşmədən sonra öz vizasını 2018-ci ilin may ayında əldə edib.