“Ayağımdakı gözəllik heç onun üzündə yoxdur”

Müğənni Kərim Abbasov son vaxtlar konsert verən sənətçilərin ünvanına sərt sözlər deyib.

Axşam.az xəbər verir ki, "Pərdə" verilişinə açıqlama verən Kərim heç bir konsertin səviyyəli keçməməsindən şikayətlənib:

"Mediada axırıncı konsertlərdən fotoları izlədim. Oturacaqların boş olduğunu görüb, şoka düşdüm. Əgər belədirsə, get otur evdə, yastığı qoy başının altına və yat. Özünü niyə biabır edirsən ki? Mənim konsertimdə boş oturacaq olsa, ürəyim partlayar. Buna görə də indiyədək konsert verməmişəm. Söz verirəm ki, əgər bu baş versə, bütün stollar dolacaq. Üç minlik yox, iki minlik yer seçəcəm. Konsertdən sonra bütün media nümayəndələri deyəcək ki, Kərim, sənə halaldır".

Kərim deyib ki, həmkarlarının adlarını heç vaxt dilinə gətirməyəcək. Çünki onları reklam etmək istəmir:

"Mən Kəriməm, 12 ildir peşəkar səhnədəyəm. Heç kimin adını dilimdən eşitməyəcəksiniz. Çünki bu, onların reklamı olar. Özümdən sonra sənətə gələn müğənniləri tanımıram".

Sənətçi konsertlərdə yaranan qüsurlardan da danışıb:

"Konsertin açılışı elə olmalıdır ki, hamı heyrətlənsin. Müğənni çıxışı ilə əsl partlayış etməlidir. Yoxsa bizimkilər çıxır, salam mən gəldim və konsert başladı. Əlini cibinə salıb, konsert vermək olmaz. Getsinlər Beyonsun, Tarkanın, Şakiranın çıxışlarını izləsinlər. Mənim verəcəyim solo konsert o cür olacaq. Haqqımda pis-yaxşı nə düşünürlərsə, on qat artığını həmin sənətçilərə arzulayıram. İçərilərində elələri var ki, mənim ayağımdakı gözəllik heç onun üzündə yoxdur. Üzümə nəsə demirlər, çünki bilirlər ki, onları yeyib bitirərəm".

AzNews.az