- Köhnə - Şou-biznes
- 29 Sentyabr 2012 08:53
- 12 976
Emin Müsəvi yeni vəzifəyə təyin olundu – EKSKLÜZİV
.jpg)
Bundan sonra o, Diasporla İş üzrə Dövlət Komitəsində çalışacaq
Hamının "Azad Azərbaycan" Teleradio Şirkətinin "106.3 FM" radiosunun rəhbəri və teleaparıcı kimi tanıdığı Emin Musəvi yeni vəzifəyə təyin olunub. AzNews.az-ın məlumatına görə, bundan sonra o, Diasporla İş üzrə Dövlət Komitəsində çalışacaq.Qeyd edək ki, E. Musəvi əvvəllər "Space" Telekanalında aparıcı kimi çalışıb. 1999-2000-ci illərdə Azad Azərbaycan Telekompaniyasının ilk əməkdaşlarından olub. 2004-cü ildə ATV-nin 106.3 FM radiosu yaranandan bəri burada fəaliyyətini davam etdirib və 8 il radioda çalışıb. Eyni zamanda ATV-də "Rəsmilər qeyri-rəsmi", "22ci saat" kimi müəllif verilişləri hazırlayıb.
Fuad Mədətov
AzNews.az