Kişi sənətçilərimiz üsyana hazırlaşır – VİDEO

Müğənni Niyam Səlami mahnısına klip çəkdirməyə hazırlaşır. Bu barədə AzNews.az-a müğənninin mətbuat katibi Ceyhun Məhərrəmov deyib.

O bildirib ki, müğənninin dinləyicilərə təqdim etdiyi musiqisi müğənni Elçin Cəfərova, sözləri Azər Şirinə aid olan "Üsyanım var" mahnısını ekranlaşdıracaq: "Niyam Səlami bu ayın sonlarına mahnıya klip çəkdirəcək. Klipin rejissoru isə Kənan Musayevdir".

C.Məhərrəmov onu da qeyd edib ki, müğənni bu ilin sonuna yaxın bir neçə mahnı və yeni klipdən başqa, albom da hazırlanmağı düşünür. Həmçinin, N.Səlaminin məşhur müğənni ilə dueti gözlənilir. Danışıqlar getdiyi üçün müğənni bu simanın açıqlanmasını istəmir.



Fuad Mədətov
AzNews.az