“Məgər, Bilal Tarkandan əskikdir?” – 1 milyon məsələsinə reaksiya

“İnanmıram burda kimsə müğənniyə 1 milyon verə. Məncə, Bilal Əliyev o məbləğə Azərbaycanda deyil, xarici ölkələrdə toya gedir”.


Bunu Xalq artisti Səməd Səmədov AzNews.az-a açıqlamasında bildirib.



Onun sözlərinə görə, rus, Azərbaycan dilində, eyni zamanda aşıq, xalq mahnıları, muğam oxuyan sənətkar üçün bir milyon çox deyil: "Tarkan bir milyona toya gedə bilər, Bilal Əliyev bəyəm onlardan əskikdir? Bilal Əliyevi Moskva, Amerikaya dəvət edib bir milyon verə bilərlər. Bu ölkələrdə yaşayan zəngin azərbaycanlılar var. Onlar üçün bu məbləğ heç nədir".

S.Səmədov qeyd edib ki, əgər, onun belə bir imkanı olsa, nəvəsinin toyunda Bilal Əliyevi oxutdurar: "Bir neçə il əvvəl Könül Kərimova, Cabbar Musayev, mən, Xəyyam Nisanov Moskvada toyda idik. Orada Araşa 80 min, İbrahim Tatlısəsə isə 250 min dollar verdilər. Bilal Əliyev onların hansından əskik oxuyur? İstedadlı müğənnidir. Şəxsən mənim pulum olsa, bir milyon verib onu nəvəmin toyuna gətirərdim. Bilal Əliyev mənim sevimli müğənnimdir".

Xatırladaq ki, Xalq artisti Bilal Əliyev "ATV maqazin" verilişində toy qiymətini 1 milyona qaldırdığını açıqlayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az