“Bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən mühüm qətnamə Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən qış sessiyasında müzakirəyə çıxarılarkən AŞPA Azərbaycana qarşı ikili standart mövqeyində olduğunu bir daha nümayiş etdirdi”. “Bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən mühüm qətnamə Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən qış sessiyasında müzakirəyə çıxarılarkən AŞPA Azərbaycana qarşı ikili standart mövqeyində olduğunu bir daha nümayiş etdirdi”.

“AŞPA Azərbaycana qarşı ikili mövqedə olduğunu nümayiş etdirdi”- Əli Həsənov

“Bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən mühüm qətnamə Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən qış sessiyasında müzakirəyə çıxarılarkən AŞPA Azərbaycana qarşı ikili standart mövqeyində olduğunu bir daha nümayiş etdirdi”.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən geniş Kollegiya iclasında baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu addımı ilə özünün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dair qəbul etdiyi qərarlara, eləcə də BMT qətnamələrinə, Avropa Parlamentinin və ATƏT Parlament Assambleyasının qərar və qətnamələrinə qarşı çıxdığını açıq-aydın nümayiş etdirdi: "Təbii ki, burada ATƏT-in Minsk Qrupunun da fəaliyyətsizliyi özünü göstərdi. Bununla yanaşı, keçən dövr ərzində ATƏT-in Minsk Qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyib".