Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Daxili işlər nazirinin I müavini vəzifəsi yaradıldı - Fərman

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.


AzNews.az xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"də bir sıra dəyişikliklər edilir:

- 5.2-ci bənddə "Daxili işlər nazirinin" sözlərindən sonra "birinci müavini və" sözləri əlavə olunur:

"5.2. Daxili işlər nazirinin birinci müavini və müavinləri nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər".

- 5.4-cü bənddə "həyata keçirilməsini" sözlərindən sonra "nazirin birinci müavininə, o olmadıqda" sözləri əlavə olunur:

"5.4. Azərbaycan Respublikasının daxili işlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini nazirin birinci müavininə, o olmadıqda nazir müavinlərindən birinə tapşıra bilər".

Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu"nda 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilir:

"Nazirin birinci müavini";