İP-in iclasında Sərdar Cəlaloğlu “hakimiyyətə işləməkdə” ittiham olundu İP-in iclasında Sərdar Cəlaloğlu “hakimiyyətə işləməkdə” ittiham olundu

Kütləvi aksiyalara çağırış edildi

İP-in iclasında Sərdar Cəlaloğlu “hakimiyyətə işləməkdə” ittiham olundu



Bu gün İctimai Palatanın növbəti sessiyası keçirilib. Modern.az xəbər verir ki, Köçəri Nağıbəylinin sədrliyi ilə keçirilən sessiyada ölkədəki ictimai-siyasi vəziyyət, Palatanın vəzifələri, cari məsələlər müzakirəyə çıxarılıb. İlk öncə Köçəri Nağıbəyli sədr olduğu bir ay müddətində görülən işlərlə bağlı hesabat verib.

Daha sonra sessiyada Müsavat başqanı İsa Qəmbər çıxış edb. İ.Qəmbər ölkədəki siyasi durumla bağlı danışaraq NİDA hərəkatının üzvlərinin həbsini pisləyib. O, İctimai Palata üzvlərinin sabahki etiraz aksiyasında iştirak edəcəklərini diqqətə çatdırıb.

Müsavat başqanı daha sonra Demokratiyaya Dəstək Fondunun yaranmasından söz açıb. Sessiyada çıxış edən İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal isə seçki qərargahının yaradılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, dairələrdə və seçki məntəqələrində müşahidəçilərin müəyyənləşdirilməsinin artıq vaxtı çatdıb. Sonra o, xalqla əlaqənin zəifliyini bildirdi və İctimai Palatanı bu məsələ ilə bağlı tənqid edib.

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə çıxışında beynəlxalq güclərin Azərbaycandakı maraqlarına toxunaraq bildirib ki, məsələ ilə bağlı AŞPA-ya müraciət olunmalıdır.

"Azərbaycanda hər şey, dəyişiklik Azərbaycan cəmiyyətininin üzərinə düşür. Biz hər şeyi özümüz etməliyik. Vaxt isə gedir. Birləşmək zərurəti daha da artıb. İnsanlar bizdən bunu tələb edir. Cəmiyyətə yeni stimul lazımdır. Biri müxalifətin birliyi, ikincisi beynəlxalq birliyin ortaya həqiqi demokratik mövqe ortaya qoyması ola bilər".

AXCP funksioneri Mirfeyzulla Seyidov isə çıxışında bildirib ki, İctimai Palatanın bir liderin ətrafında birləşməsi onun uğur formuluna çevrilə bilər. Sessiyada daha sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxış edib.

"Müxalifət düşərgəsi ilə bağlı yaranan problem odur ki, mövcud konfiqurasiya ilə bundan artığını edib cəmiyyəti istədiyimiz səviyyəyə aparmaq mümkün deyil. Bizim məsələlərə yanaşmamızda korrektələr olunmasına ehtiyac var. Daha geniş formada birlik yaradılmalıdır. Seçki qapını kəsib, biz hələ seçkiyə gedək-getməyək məsələsini müzakirə edirik. Bu müzakirələrin nə mənası var? Bu gün bizim qarşımızda duran məsələ situsiyanı dəyişməkdir. Geniş formatda birliyə nail olmadan nə boykotun, nə də seçkidə iştirakın mənası olmayacaq. Biz vahid namizəd və komanda məsələsini həll etməmişik. Lider təəssübkeşliyi artıq öz əhəmiyyətini itirir. Rejim dəyişikliyinə nail ola bilməyəcəyiksə, bizim İsa bəy və ya Əli bəy sevgimizin nə mənası var?! Bizim üçün ikinci ən vacib məsələ "Azərbaycan saatı" verilişinin yaşamasına nail olmaqdır"-deyə AXCP rəsmisi vurğulayıb.

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı isə çıxışında ADP sədri Sərdar Cəlaloğlunu tənqid edib. O bildirib ki, Sərdar Cəlaloğlu müxalifətdə olduğunu desə də, özünə əsas hədəf olaraq hakimiyyəti deyil, məhz müxalifəti seçib:

"Belə qüvvələrlə birliklə özümüzü niyə aldadaq? Müxalifətin hakimiyyətə gəlməmək səbəbi İsa Qəmbərlə Əli Kərimlinin İqballa, Sərdarla, AMİP-lə birləşməməsidir?! Xeyr. Azərbaycanda ən yaxşı və real birlik Müsavatla AXCP arasında birlik ola bilər. Azərbaycanda real müxalifətin birlik kimi problemi yoxdur".

İP-in sessiyasında AXCP sədri Əli Kərimli çıxış edərək bildirib ki, ölkədə bu gün nə baş verirsə, həm də İctimai Palatanın, demokratik qüvvələrin fəaliyyəti nəticəsində baş verir:

"Artıq rayonlarda icra başçıları əhalinin ayağına gəlirlər. Xalq istənilən problemini ayağa qalxıb deməyə başlayıb. Bu, yeni bir pozitiv tendensiyadır. Əsgər ölümlərinə ciddi yanaşmalıyıq. Dinc dövrdə görün nə qədər əsgər ölüb və ya öldürülüb. Gəlin özmüzü ölən və ya öldürülən əsgərlərin valideynlərinin yerində təsəvvür edək. Martın 10-da gənclərin aksiyasında İctimai Palata üzvləri də iştirak edəcək".

Əli Kərimli birbaşa seçkilərlə bağlı kütləvi aksiyalara başlamaq məsələsinin gündəmdə olduğunu bildirərək palata üzlərinə "aksiyalara hazırlaşın" çağırışı edib.