AŞPA həmməruzəçilərinin Azərbaycana səfər edəcəyi tarix

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri bu ilin aprelində Azərbaycana səfər edəcəklər.

Bu barədə "Report"un Fransa bürosuna AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda məlumat verib.

Onun sözlərinə görə, hər iki həmməruzəçi aprelin 10-da AŞPA müşahidə missiyasının tərkibində Azərbaycanda keçiriləcək Prezident seçkilərinin muşahidə etmək üçün Bakıya gələcəklər.

S.F.Preda qeyd edib ki, AŞPA-nın həmməruzəçiləri olaraq mayda növbəti dəfə Azərbaycana səfər etməyi planlaşdırırlar.

Xatırladaq ki, martın 15-də Parisdə AŞPA Bürosu Azərbaycanda keçiriləcək Prezident seçkilərini muşahidə etmək üçün missiyanın tərkibini təsdiqləyib. 33 nəfərlik missiyaya rumıniyalı parlamentar Viorel Riçard Badea rəhbərlik edəcək.

AzNews.az