İlk öncə səfərin düz iki gün davam edəcəyi və sentyabrın 25-dən başlanacağı deyilsə də gözləmək lazım gəldi və yalnız ayın 27-də Rusiya prezidenti Bakıya təşrif buyurdu. İlk öncə səfərin düz iki gün davam edəcəyi və sentyabrın 25-dən başlanacağı deyilsə də gözləmək lazım gəldi və yalnız ayın 27-də Rusiya prezidenti Bakıya təşrif buyurdu.

Putinin arxasınca danışmaq olmasın, amma...

İlk öncə səfərin düz iki gün davam edəcəyi və sentyabrın 25-dən başlanacağı deyilsə də gözləmək lazım gəldi və yalnız ayın 27-də Rusiya prezidenti Bakıya təşrif buyurdu.

Amma əvvəlcə başqa məqama toxunmaq istərdik. O da budur ki, sentyabrın 25-dən oktyabrın 1-dək BMT Baş Assambleyasının tirubunasına 93 dövlət başçısı və 41 hökumət başçısı qalxacaq. Amma onların arasında V.Putin olmayacaq.

Dövlət başçılarının böyük BMT tədbirini diqqətdən kənarda qoyması nadir hadisə deyil. Putindən savayı, Almaniya kansleri və Çinin lideri də Baş Assambleyanın sessiyasını şərəfləndirməmək qərarına gəliblər.

Putin həzrətlərisə bunu üçüncü dəfə, özü də ardıcıl olaraq edir. Səbəbi budur ki, Rusiya prezidenti ədalətsiz münasibətə görə BMT-dən küsüb!..

Düz oxudunuz, Rusiya lderi hesab edir ki, böyük dövlətlər kimi, dünyanın ən böyük təşkilatı da onun ölkəsinə qarşı ədalətsiz mövqe sərgiləyir. Nə demək olar? Bircə onu deyəcəyik ki, deyiləsi sözümüz yoxdur...

Qərəz, Nyu-York əvəzinə V.Putin BMT-dən həqiqətən küsmək haqqı olan Azərbaycana səfər etməyi qərara aldı. Özü də tək Azərbaycana yox, həm də Azərbaycanın şikayətçi olduğu və Kremlin dostu Ermənistana.

Amma əvvəldən səfərin ikinci ünvanı-İrəvanla bağlı xüsusi qeyri-müəyyənlik yaranmışdı. Ona görə ki, bu gün Düşənbədə MDB-nin də növbəti toplantısı olacaq və düşünülürdü ki, ola bilsin, Rusiya prezidenti İrəvana səfər etməyəcəkdir. Fəqət, bu, heç nəyi dəyişmirdi, çünki Ermənistanın baş naziri Nyu-Yorkdan birbaşa Düşənbəyə qaçacaq və beləcə ’“yeni dost”ların sayca üçüncü görüşü bu dəfə də ola bilsin ki, Tacikstanda baş tutacaq,- əlbəttə, V.Putin İrəvana səfərindən daşınsa...

Bakıda müzakirə edilmiş məsələlərə gəldikdə isə əslində, bunların bir qismi konkret görüşlərdə qaldırılan mövzular deyil, iki ölkə arasında mütəmadi olaraq gündəmə gəlir və bu haqda adətən görüş proqramında rəsmən heç nə deyilmir. Amma həmişə olduğu kimi xeyli gümanlar var.

İrəlicədən ehtimal edilirdi ki, Rusiyanın prezidenti bu səfərində də KTMT və Avrasiya Birliyilə bağlı Bakının nəbzini yoxlamağı düşünür.

Bakının cavab reaksiyası ilə bağlı isə iki əsas ehtimal mövcuddur. Kimi deyir ki, Azərbaycanın bir tələbi var: Əvvəl Dağlıq Qarabağ, yəni torpaqlarımız!..

Kimisi də ərz edir ki, məsələ, ümumiyyətlə, müzakirə predmeti ola bilməz, çünki Bakını özünün indiki hərbi–siyasi statusu, Rusiya və digər MDB ölkələrilə iqtisadi əlaqələrinin səviyyəsi tamamilə qane edir.

Etiraf edirik ki, biz də ikinci yanaşmanın tərəfdarıyıq. Hesab edirik ki, ölkənin bir hissəsini geri qaytarmaq üçün onun böyük hissəsindən, hətta bütün hissəsindən keçmək qəti düzgün qərar olmaz, xüsusən də nəzərə alanda ki, Kreml həmişə “Doveryay, no proveryay!” prinispilə hərəkət edir və Dağlıq Qarabağı Azərbaycana qaytarmaq fikrinə düşərsə onu elə şərtlə, elə mexanizm çərçivəsində qaytaracaq ki, Bakının daha ora - bura çabalamaq imkanı olmasın, daim Moskvanın ovcunda qalsın.

Amma Putin bizə nəsə deməlidi: ya professor A.Duqin kimi günahı Paşinyanın üstünə yıxmalıdır, ya da İrəvana gedib Nikolun ağlını başına qoymalıdır ki, bəs 2016-cı ilun aprel döyüşləri zamanı azərilərə söz vermişdim ki, savaşa son verin, biz problemi dinc yolla həll edəcəyik!..

Fəqət, o bunu nə tərzdə, hansı tövrlə deməyi düşünür, ümumiyyətlə, bunu deməyi düşünürmü – təəssüf, bu haqda nəsə bilmirik və bircə qandığmız budur ki, İrəvanda mer seçkilərini N.Paşinyanın adamı uddu, busa o deməkdi ki, Nikolun hakimiyyəti azca da gücləndi, institusional məzmun aldı.

Putin nə edəcək? Nikolu təbrik edəcək, yoxsa bundan illər öncə parlamenti gülləbaran etdikləri kimi indi də İrəvana öz gədalarından bir neçəsini göndərib meriyanı gülləbaran edəcəkdir? Bilmirik, çünki keçmiş KQB adamlarının fikirlərini uzaqdan, xüsusən də televiziya ekranlarından oxumaq bacarığımız yoxdur.

Beləcə, Soçidən sonra daha bir görüş baş tutdu. Həmişə olduğu kimi bu dəfə də müəyyən ümidlər vardı - əlbəttə ki, ilk növbədə Qarabağ məsələsində. Amma diqqət çəkən bir element olmadı, üstəlik, xarici işlər nazirlərinin də görüşündən hansısa bir nəticənin hasil olacağına bir ümid yox idi.

Sözsüz, bunun bir hissəsi Ermənistandakı proseslərlə bağlıdır və bu ölkədə hərə bir şeydən danışır: N.Paşinyanın özü gündə üç dəfə fikrini dəyişir, xanımı sülhdən dəm vurur, xarici işlər naziri Mnatsakanyan isə azərbaycanlı həmkarı ilə danışıqlar aparır...

Amma bu, Rusiyanın məsuliyyətini azaltmır, çünki Rusiyanın münaqişədəki rolunu heç bir şəkildə ört-basdır etmək mümkün deyil və bu haqda artıq A.Merkel də danışmağa başlayıb. Fəqət, Putin özünü elə aparır ki, guya biz onu Bakıya təkcə cüdo yarışlarına tamaşa etmək üçün çağırmışdıq. Mümkündür ki, o da bizim haqqımızda eyni cür düşünür və “Mən bura cüdoya tamaşa etmək üçün yox, KTMT və Avrasiya Birliyilə bağlı fikrinizi bilməyə gəlmişdim” deyir.

Nə demək olar? Bircə onu deyə bilərik ki, Vladimir Vladimiroviç hələ çox gəlib gedəcəkdir – yarışlar çox olacaq...

Hüseynbala Səlimov
AzNews.az