İsa Qəmbər və Əli Kərimli İTV-yə çıxası olmadı

Dünən Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli İctimai Televiziyanın ödənişsiz efir vaxtından ayrılmış ilk teledebatda çıxış etdi.
Bəs İTV-dəki növbəti debatlarda necə olacaq, C.Həsənli bütün efir vaxtından özü istifadə edəcək, yoxsa müxalifətin digər liderləri Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli onun nümayəndələri kimi çıxış edəcək?

AzNews.azın bu barədə sualını cavablandıran C,Həsənli bildirib ki, pulsuz efir vaxtı çərçivəsində İctimai Televiziyada keçirilən namizədlər arasındakı teledebatların hamısında özünün çıxış etməsi nəzərdə tutulub: "Qərarlıyam ki, televiziyadakı çıxışların hamısında özüm iştirak edim. Ancaq ola bilsin, xüsusi bir hal olsun və nümayəndələrdən də kimsə çıxış etsin".

Anar