İqbal Ağazadə: “Seçki dünəndə qaldı... İlham Əliyevə uğurlar arzulayıram”

"Mən İlham Əliyevə uğurlar arzulayıram. İstərdim ki, bizim seçki təbliğatı zamanı səsləndirdiyimiz problemlər qısa zamanda həll olunsun və Azərbaycanda barış və dialoq yaransın".

Bunu AzNews.az-a Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, prezident seçkilərinin nəticələri dünən axşam partiya qərargahında müzakirə edilib: "Seçki bizim üçün dünəndə, 9 oktyabrda qaldı. Biz partiya olaraq dünən axşam bunu müzakirə etdik. 10 oktyabr 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı kurs götürəcəyik. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Hesab edirəm ki, hər bir siyasi təşkilat doğru olanı etməlidir".

Bahar Rüstəmli
AzNews.az