“10 partiya birləşsə belə yenə nəticə uğurlu olmayacaq” “10 partiya birləşsə belə yenə nəticə uğurlu olmayacaq”

Fazil Mustafa müxalifətə sataşdı

“10 partiya birləşsə belə yenə nəticə uğurlu olmayacaq”


"Müxalifətin ortaya çıxara biləcək vahid namizədi yoxdur. Əgər bu yoxdursa, 10 partiya birləşsə belə yenə nəticə uğurlu olmayacaq. Ona görə də təşkilatlanmaq əsasdır".


Bu sözləri AzNews.az-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, partiyaların birləşə bilməməsinin səbəbi gücsüzlükdən qaynaqlanır: "İmkanlar geniş olanda heç kim birləşmək istəmir, hər kəs özünü düşünür. Amma məsələ burasındadır ki, birləşməyin də bir əhəmiyyəti yoxdur. Müxalifət cəmiyyətdən dəstək ala bilmədiyi halda hansı uğurdan danışırlar, bilmirəm".

Millət vəkili İctimai Palatanın da cəmiyyətin güc mərkəzinə çevrilə biləcəyini də düşünmür: "İctimai palata müxalifətin güc mərkəzi ola bilər. Əsas odur ki, cəmiyyətin güc mərkəzi ola bilmirlər.

Cəmiyyətdə güc mərkəzi olmağa çalışmalıdırlar və bu istiqamətdə mövqeyini seçkilərdə ortaya qoymalıdır. Təcrübə göstərir ki, xalqın dəstəyini ala biləcək qüvvələr daha şanslıdırlar. Bu baxımdan İctimai Palata çox zəifdir. Bura daha çox ideoloji insanlar toplaşıb. Ona görə də İP-dən uğur gözləmək düzgün deyil".


İlkin

AzNews.az