“Təklif var ki, qurultayı keçirməyək” - Tural Abbaslı

Müsavat Partiyası sentyabrın 27-ə təyin etdiyi qurultaya hazırlıq işlərinə başlayıb. Artıq 1 namizəd qeydiyyatdan keçib, digərlər 3 namizəd də buna hazırlaşdıqlarını açıqlayıb. Bundan əvvəl qurultayın bir neçə dəfə təxirə salınmasını nəzərə aldıqda bu dəfə keçirilməsi daha real görünür. Amma yenə də təxirə salınacaq deyə iddialar var.


Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Tural Abbaslı "Qafqazinfo"ya açıqlamasında partiyada təxirə salınma variantının müzakirə olunub-olunmadığı haqda danışdı.

T.Abbaslı bildirdi ki, partiyanın qərarı meriyaya edilən müraciətin cavablanmasından sonra konkretləşəcək: "Cavaba uyğun olaraq müzakirələr gedəcək. Təkliflər var ki, Əmircandakı yer verilsə keçirək. Başqa bir təklif var ki, Əmircandakı yer təklif olunsa, qurultayı keçirməyəcək. Qurultayın qərargahda keçirilməsini istəyənlər də var. Son qərarı partiya Məclisi verəcək. Çünki hələ bilmirik ki, qurultay harada olacaq".

Tk üzvü qeyd etdi ki, qurultayın təxirə salınması variantının müzakirəsi realdır: "Müsavatda, ümumiyyətlə, elə bir şey yoxdur ki, qərara yenidən baxıla bilməz yaxud müzakirəyə çıxarıla bilməz. İstənilən Divan üzvü deyə bilər ki, bu şərtlər altında sentyabrın 27-də qurultayın keçirilməsinin əleyhinəyəm və xahiş edirəm müzakirə olunsun. O zaman səsə qoyula bilər".

AzNews.az