Argentinanın “Perfil” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin jurnalist Santiaqo Farrelin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən qərəzli məqaləsinə cavab məktubunu dərc edib. Argentinanın “Perfil” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin jurnalist Santiaqo Farrelin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən qərəzli məqaləsinə cavab məktubunu dərc edib.

Azərbaycan səfirindən argentinalı jurnalistə tutarlı - Cavab

Argentinanın “Perfil” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin jurnalist Santiaqo Farrelin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən qərəzli məqaləsinə cavab məktubunu dərc edib.


Xatırladaq ki, martın 8-23-də Ermənistanda keçirilmiş beynəlxalq media forumun bəzi iştirakçılarının rəsmi Yerevan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təşkil edilmişdi. Həmin iştirakçılar arasında "Perfil" qəzetinin jurnalisti Santiaqo Farrel də olub və qanunsuz səfərdən sonra argentinalı jurnalistin bu qəzetdə qərəzli məqaləsi dərc edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfirin məktubunda bildirilir ki, aprelin 5-də "Perfil" qəzetində dərc edilmiş "Dağlıq Qarabağ, Sovet İttifaqının verdiyi ilk çat" adlı məqalədə müəllif Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü təhrif edir və münaqişənin mahiyyəti ilə bağlı dezinformasiya təqdim edir. Diplomat yazır ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə Azərbaycan hökumətinin razılığı olmadan səfər etmək Azərbaycan Respublikası Konstitusiyasının, müvafiq qanunlarının və beynəlxalq hüququn pozulmasıdır. Azərbaycan hökumətinin razılığı olmadan bu ərazilərə səfər edən hər kəs arzuolunmaz şəxs elan olunur və onların adları bu kimi səfərlərin qarşısını almaq üçün hökumətin müvafiq siyahısına daxil edilir.

Səfir Dağlıq Qarabağ münaqişəsinin tarixi, ermənilərın zamanla Azərbaycan xalqına qarşı törətdikləri cinayət faktları barədə ətraflı məlumat verib. Vurğulanıb ki, BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edir və Azərbaycan ərazisindən Ermənistan hərbi qüvvələrinin çıxarılmasını, məcburi köçkünlərin öz yurdlarına qayıtmalarını tələb edirlər. Öz təcavüzkar siyasətini ört-basdır etmək üçün Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində "Perfil" qəzetinin səhvən "respublika" kimi təqdim etdiyi qeyri-qanuni separatçı rejim yaradıb. Bu separatçı rejim Ermənistanın oyuncağından başqa bir şey deyil və dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən belə tanınmayıb.

Azərbaycanın münaqişənin danışıqlar yolu ilə nizamlanmasının tərəfdarı olduğunu diqqətə çatdıran səfir bildirib ki, 20 ildən artıq müddətdir Ermənistanın destruktiv hərəkətləri nəticəsində hələ də ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə verməyib. Azərbaycan Ermənistanın təcavüzünə son qoymaq və ərazi bütövlüyünü bərpa etmək üçün öz yoluna davam edəcək və bu istiqamətdə səylərini əsirgəməyəcək.
image description