• Toplum
  • 16 Noyabr 2018 13:58
  •  956

BNA: Dayanacaqlardakı monitorların işləməməsinə səbəb...

Monitorların fəaliyyətində müəyyən çatışmazlıqlar var

2012-ci ildə Bakıdakı dayanacaqlarda 600-dən çox monitor quraşdırılıb. Amma bu monitorlar quraşdırılan gündən normal işləmir. Əvvəllər keçmiş Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin balansında olan qurğular sonradan Bakı Nəqliyyat Agentliyinə verilib.

Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzNews.az-a bildirib ki, monitorların işləməməsinə səbəb ilk növbədə yollarda aparılan qazıntı işləridir. O, dayanacaqlarda monitorlar Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlamazdan əvvəl quraşdırıldığını deyib.

“Bizim apardığımız araşdırmalarla da müəyyən edildi ki, monitorların fəaliyyətində müəyyən çatışmazlıqlar var. Bu çatışmazlıqların da bir sıra səbəbləri var. Sistemdə yaranan texniki nasazlıq, avtobuslarda GPS qurğularının düzgün çalışmaması bu səbəblər sırasındadır. Ən böyük problem isə yollarda qazıntı, tikinti işləri aparılarkən koordinasiyalı işin olmaması, müvafiq icazənin alınmamasıdır. Bunun nəticəsində monitorları qıdalandıran elektirik xətləri, optik xətlər zədələnir”.

Nigar CƏFƏR

AzNews.az