İştirakçılar müxtəlif biznes mövzuları ətrafında müzakirələr aparıblar. İştirakçılar müxtəlif biznes mövzuları ətrafında müzakirələr aparıblar.
  • Toplum
  • 24 Mart 2019 23:05
  •  2 243

“Sahibkarlığın əsasları” layihəsi həyata keçirilib

İştirakçılar müxtəlif biznes mövzuları ətrafında müzakirələr aparıblar.

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin tərəfdaşlığı ilə Azərbaycanda biznes əməliyyatlarının idarə olunması üzrə peşəkar gənc kadrların formalaşmasına dəstək olacaq “Sahibkarlığın əsasları” layihəsi həyata keçirilib.

Layihənin ilk təlimçisi ABŞ-ın Vaşinqton Universitetinin magistr pilləsi üzrə məzunu, daha sonra həmin universitetdə investisiyaların cəlb edilməsi üzrə mütəxəssiz kimi çalışmış və hazırda UNEC Biznes Məktəbinin sahibkarlıq fənni üzrə müəllimi Nərmin İbrahimova olub. Layihənin ikinci təlimçisi isə Yunus Sosial Biznes Mərkəzinin direktoru, Human Foundation təsisçisi, UNEC Biznes Məktəbinin kiçik və orta sahibkarlığın idarəedilməsi müəllimi, One Young World səfiri, sosial sahibkar Fəridə Əsgərzadə olub.

XI qrant müsabiqəsinin qalibi Asif Abdullayevin müəllifi olduğu layihənin əsas məqsədi bu təlimlər müddətində gənclərin biznes ideyanın seçilməsi, marketinq araşdırması, biznes planın hazırlanmasındakı mərhələləri, habelə sahibkarlıq fəaliyyətinin hüququ tənzimləməsi, biznes ideyanın seçilməsindəki əsas meyarlar və marketinq araşdırmasında metodologiyaları haqqında nəzəri biliklərə yiyələnməsi olub.

Təşkil olunan “Sahibkarlığın əsasları” layihəsində iştirakçılar müxtəlif biznes mövzuları ətrafında müzakirələr apararaq iqtisadi analiz bacarıqlarını göstərmək üçün imkan qazanıblar.

Həmçinin gənclər layihənin gedişatı zamanı yalnız təlimlərlə kifayətlənməyib, bir neçə biznes ideyalarını komanda olaraq çalışıb təqdimatlar hazırlayaraq nümayiş ediblər.

AzNews.az

image description image description image description