• Toplum
  • 13 May 2021 20:33
  •  6 863

Bu gün 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub

Ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 748 min 725-ə çatıb

Mayın 13-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21 min 15 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4857, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 16 min 158 nəfər olub.