Hadisənin Pafos bölgəsinin Akamas rayonunda baş verib Hadisənin Pafos bölgəsinin Akamas rayonunda baş verib

Rusiyalı cütlük avtomobillə 30 metr hündürlükdən dərəyə düşdü - Kiprdə

Hadisənin Pafos bölgəsinin Akamas rayonunda baş verib

Rusiyalı turistlər Kiprdə həlak olublar.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı "Cyprus Mail" portalı yayıb.

Məlumata görə 58 yaşlı kişi 48 yaşlı həyat yoldaşı ilə icarə götürdükləri avtomobillə gedərkən 30 metr hündürlükdən dərəyə düşüblər.

Hadisənin Pafos bölgəsinin Akamas rayonunda baş verdiyi deyilir.

Həlak olan cütlük Kiprə oktyabr ayının 10-da gəliblər və Pafosda otellərin birində məskunlaşıblar.

Onlar oktyabr ayının 24-də Rusiyaya geri qayıdacaqmış.

© AzNews.az