Fransada “Sarı jiletlilər”in bu gün keçirilən növbəti etiraz aksiyalarında 32 min nəfər iştirak edir. Fransada “Sarı jiletlilər”in bu gün keçirilən növbəti etiraz aksiyalarında 32 min nəfər iştirak edir.

“Sarı jiletlilər”in növbəti aksiyasında 32 min nəfər iştirak edir

Fransada “Sarı jiletlilər”in bu gün keçirilən növbəti etiraz aksiyalarında 32 min nəfər iştirak edir.

“Ölkə.Az” xəbər verir ki, bu barədə BFM telekanalı DİN-ə istinadən məlumat yayıb.

Xəbərə əsasən, Parisin küçə və meydanlarına isə 8 min etirazçı çıxıb.

Ötən həftə baş tutan aksiyalarla müqayisədə iştirakçıların sayında xeyli artım var. Bir həftə əvvəl ölkədə nümayişə 26 min, Parisdə isə 2 min nəfər çıxmışdı.
Hazırda Parisdə Zəfər Tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma yaşanır. Polislər və jandarma onlara atılan daşlara gözyaşardıcı qaz və su şırnaqları tətbiq etməklə cavab verirlər.

Son məlumata görə, səhərdən indiyədək paytaxtda 59 nəfər saxlanılıb.

AzNews.az