“Bütün müsəlmanlar terroristdir”. “Bütün müsəlmanlar terroristdir”.

İsveçdə müsəlmanları təhqir edən siyasətçiyə cəza verildi

“Bütün müsəlmanlar terroristdir”.

İsveçin Södertalje şəhərində yaşayan aşırı sağcı İsveç Demokratlar Partiyasının üzvü, islama və müsəlmanlara qarşı təhqiredici sözlərinə görə 40 gün həbs ediləcək.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Expo” qəzetinin xəbərinə görə köçmən qarışıqlığı olduğu bilinən siyasətçi irqçi bir qrupun “Facebook” hesabından “Bütün müsəlmanlar terroristdir” sözlərini paylaşıb.

Paylaşımında işlətdiyi ifadələrə görə sağçı siyasətçi haqqında məhkəmə başlanılıb.

Södertalje məhkəməsində mühakimə edilən siyasətçiyə 40 gün həbs cəzası verilib.

Məhkəmə 40 gün həbs cəzasını pula çevirərək şübhəlinin 190 avro ödəməsinə qərar verib.

Qərarı dəyərləndirən Ali məhkəmə yerli məhkəmənin qərarını dəyişməyib.

Səidə Nurməmmədli

AzNews.az