Hər bir ştatın bu vergi dərəcələrindən birini müstəqil şəkildə seçmək hüququ var Hər bir ştatın bu vergi dərəcələrindən birini müstəqil şəkildə seçmək hüququ var

Hindistanda vergi qanunvericiliyinə dəyişiklik edildi

Hər bir ştatın bu vergi dərəcələrindən birini müstəqil şəkildə seçmək hüququ var

Hindistanda qüvvəyə minmiş yeni qanunvericilik normaları mal və xidmət təklif edən sahibkarların qanunvericiliyə riayət etməsini sadələşdirmək məqsədi daşıyır.

Dəyişikliklərdən biri də mal tədarükçüləri üçün vergiyə cəlb edilməyən həddin artırılmasıdır. Dəyişiklikdən sonra hazırda malların tədarükçüləri üçün qeydiyyat və əlavə dəyər vergisinin ödənişi üzrə 2 hədd qüvvədədir: 4 milyon rupi və 2 milyon rupi.

Hər bir ştatın bu vergi dərəcələrindən birini müstəqil şəkildə seçmək hüququ var. Xidmət tədarükçülərinin qeydiyyata alınması üçün əvvəlki şərt isə dəyişdirilməyib. Belə ki, standart hədd 2 milyon rupi təşkil edir, xüsusi kateqoriyalı sahibkarlar üçün bu hədd 1 milyon rupidir.

Bundan əlavə, xidmət tədarükçüləri üçün əvvəlki maliyyə ilində 5 milyon rupiyə qədər dövriyyəyə görə 6 faizlik vergi dərəcəsi müəyyənləşdirilib.(AZƏRTAC)

AzNews.az