Netanyahu Zelenskini İsrailə dəvət etdi

"Gələn həftə olmasa da, çox yaxın bir zamanda Sizi İsrailə dəvət edirik"

İsrailin Baş naziri Binyamin Netanyahu Ukrayna Prezidenti Vladimir Zelenskini İsrailə dəvət edib.

B.Netanyahu Kiyevdə keçirilən brifinq zamanı V.Zelenskini öz ölkəsinə dəvət etdiyini bildirib.

Baş nazir qeyd edib ki, tərəflər bu səfərin gələn həftə baş tutacağı barədə razılaşıblar:

"Gələn həftə olmasa da, çox yaxın bir zamanda Sizi İsrailə dəvət edirik".

Daha öncə B.Netanyahu V.Zelenski ilə azad ticarət zonasının yaradılmasını və pensiya sahəsində razılaşmanı müzakirə etmək istədiyini bildirib.(oxu.az)

AzNews.az