Ərazidə 20 motosiklet və silah-sursat anbarı da partladılıb Ərazidə 20 motosiklet və silah-sursat anbarı da partladılıb

Əfqanıstanda daha 20 silahlı öldürüldü

Ərazidə 20 motosiklet və silah-sursat anbarı da partladılıb

Əfqanıstanın şimalındakı Bəlx əyalətində “Taliban” hərəkatına məxsus hərbi bazaya hava hücumu nəticəsində ən azı 20 silahlı öldürülüb.

Bu barədə Sinxua agentliyinə regionda yerləşən “Şahin” hərbi korpusunun sözçüsü Hənif Rezai məlumat verib.

Onun sözlərinə görə, kəşfiyyat məlumatların əsasında Əfqanıstan Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hava hücumları zamanı Zarah rayounuda yerləşən “Taliban” hərəkatına məxsus baza məhv edilib. Burada ən azı 20 silahlı öldürülüb. Bundan başqa, ərazidə 20 motosiklet və silah-sursat anbarı da partladılıb.

Bəlx əyalətində avqustun 21-də baş vermiş silahlı toqquşma zamanı da ordunun bir əsgərinin və altı “Taliban” silahlısının öldüyü bildirilir.

“Taliban” hərəkatından hərbi korpusun məlumatını təsdiq edən bəyanat yayılmayıb. Əfqanıstan ordusu hazırda ölkədəki yaşayış məntəqələrinin əksəriyyətinə və 34 əyalətin inzibati mərkəzlərinə nəzarəti əlində saxlayır. Lakin kənd rayonlarının bir çoxuna nəzarət edən “Taliban” silahlıları aprel ayından hökumət qüvvələrinə hücumlar və terror aktları təşkil edirlər.(AZƏRTAC)

AzNews.az