"Prezidentin görüşdə iştirak etməsi üçün həmişə vacib şərtlərin olması zəruridir" "Prezidentin görüşdə iştirak etməsi üçün həmişə vacib şərtlərin olması zəruridir"

Trampın müşaviri İran prezidenti ilə görüş imkanından danışdı

"Prezidentin görüşdə iştirak etməsi üçün həmişə vacib şərtlərin olması zəruridir"

Rəsmi Vaşinqton və Tehran arasında münasibətlərin növbəti gərginliyinə baxmayaraq, ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasının gedişatında iranlı həmkarı Həsən Ruhani ilə görüşü hələ istisna etmir.

Bu barədə Donald Trampın müşaviri Kellienn Konuey "Fox News" telekanalının efirində bildirib.

Konueyin sözlərinə görə, Tramp görüş imkanına baxmağa hazırdır:

"Amma prezidentin saziş bağlaması və ya görüşdə iştirak etməsi üçün həmişə vacib şərtlərin olması zəruridir", - deyə Konuey əlavə edib.

"O (Tramp-red) həmçinin bilir ki, əgər maksimal təzyiq kampaniyası, İranın nüvə sazişindən çıxması, bir neçə gün əvvəl maliyyə naziri və dövlət katibi tərəfindən Ağ Evdən elan edilən yeni sanksiyaların elan edilməsi də daxil olmaqla, bu münasibətlərə aid olan bütün başqa atribut yoxdursa, insanlarla görüşmək lazım deyil", - o, qeyd edib. (Report)

AzNews.az