Məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib Məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib

Əfqanıstanda məsciddə partlayış - 17 nəfər öldü

Məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib

Bu gün Əfqanıstanın Nangarhar vilayətində məsciddə cümə namazı zamanı iki partlayış törədilib.

Bu barədə “Tolo news” telekanalı məlumat yayıb.

Partlayış nəticəsində 17 nəfər ölüb, xəsarət alanlar var.

Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. (APA)

AzNews.az